Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Silk Way Star” beynəlxalq musiqi layihəsində münsifləri belə təəccübləndirən maraqlı anlar yaşanıb.

Qazaxıstanda baş tutan “Silk Way Star” layihəsində ölkəmizi təmsil edən – “Səs Azərbaycan” şousunun yarımfinalçısı, “Avroviziya 2024” milli seçimlərində iştirak edən Səbinə Zadeh proqramın ilk epizodunda öz mahnısı olan “Violet Dreams”i ifa edib. Azərbaycanla yanaşı Ermənistanın da iştirak etdiyi bu layihədə maraqlı məqam baş tutub.
Belə ki, ölkəmiz adından daha əvvəl layihə iştirakçısı olmuş Efendi Ermənistan təmsilçisi Saro Gevorqyana ən yüksək xalı -10 xal verib.
Qarşılıqlı olaraq eyni şəkildə erməni münsif Vrej Kirokosyan da həmyerlimizin çıxışını 10 xal üzərində qiymətləndirib.
Tezadlar.az xəbər verir ki, müsabiqədə Azərbaycanla yanaşı, Ermənistan, Gürcüstan, Malayziya, Qazaxıstan, Çin, Qırğızıstan və digər ölkələrin nümayəndələri iştirak edib.