Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Apellyasiya Məhkəməsi istintaq tərəfindən konstitusiya quruluşunun devrilməsinə çağırışda ittiham olunan iş adamı Samvel Karapetyan barəsində həbs qətimkan tədbiri seçib.
Tezadlar.az bildirir ki, bu barədə jurnalistlərə onun vəkili Aram Vardevanyan məlumat verib.
“Məhkəmə bizim vəsatətimizi təmin etməyib və Samvel Karapetyanı həbsdə qoyub”, – vəkil bildirib.
Avqustun 15-də Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi “Karapetyanın qaça və ya ədalətə mane ola biləcəyini” əsas gətirərək, Karapetyanın həbs müddətini daha iki ay uzadıb.
Xatırladaq ki, Karapetyan iyunun 18-də İrəvanda Ermənistan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və ona iki aylıq həbs-qətimkan tədbiri seçilib. O, hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur. İş adamı günahını etiraf etmir. Həbsdən sonra Karapetyanın biznesində yoxlamalar başlayıb, “Pizza Taşir” MMC-nin İrəvanda və ölkənin regionlarında bir sıra pitseriyaları bağlanıb. Bundan başqa, ölkə hakimiyyəti Karapetyana məxsus “Electric Networks of Armenia” QSC şirkətinin milliləşdirilməsi prosesinə başlayıb.
E.ŞİRİNOV