3 Oktyabr 2025 / 16:26

İşıqforun qırmızı işığında 2-3 avtomobil varsa, “Təcili Yardım”ın siqnallamağı ədəbsizlik deyilmi?!

Hörmətli DYP əməkdaşları, bu Təcili Yardım maşınları ilə bağlı da tədbir görülməsi çox vacibdir: dəfələrlə şahidəm ki, işıqforun qırmızı işığı yanır, arxadan gələn Təcili Yardım avtomobilinin sürücüsü görür ki, qarşısında 5-6 maşın var, başlayır ulamağa! Yaxşı, zolaqdakı avtomobillər qırmızı işığı keçib ona yol verməlidirmi? O Təcili Yardım maşınının sürücüsü görmür və ya bilmir ki, işıqforun yaşıl işığı yananadək heç kim zolaqdan çıxası deyil?! Bunu başa düşmək üçün akademiya bitirmək lazımdır?
“Azərbaycan” nəşriyyatının yerləşdiyi küçədə iki yerdə işıqfor var. Redaksiyada yaradıcı işlə məşğul olmaq, efirə girmək, videoçəkiliş aparmaq bu Təcili Yardım maşınlarının “Vıy-vıy”ından mümkün deyil. Əsəblərimiz pozulub. Bir dəfə birinin belə həyasızlığını görüb işıqforda maşından düşüb soruşdum ki, xəstə aparırsan? Dedi, yox. Bəs hara tələsirsən, qırmızı işıqda irəli keçməliyik? Qanacağın, mərifətin, sürücü ədəbin yoxdur???
Ətrafda yaşayış binaları da var, bu sürücülər yatan körpələrə niyə yersiz siqnallarla zülm verirlər???
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!