…İsmayıl Şıxlının Yazıçılar İttifaqından getməsini istəyən bir qrup qələm adamına yazıçı ağayana bir jest edir: Ərizəsini evdən göndərir və bir daha Yazıçılar İttifaqına getmir. İsmayıl Şıxlı deyir ki, vəzifəyə görə yaxın adamlarımın belə əcaib sifətə düşməsini görmək istəmirəm… Kollektivdaxili intriqalar, çəkişmələr yazıçının səhhətinə də pis təsir edirmiş… Həm də bu, onun ilk istefası deyildi. İlk dəfə ittifaqın 3 – cü katibliyindən, daha sonra “Azərbaycan” jurnalının baş redaktorluğundan öz ərizəsi ilə getmişdi…
Qeyd edim ki, yazıçının ömrünün son illəri dünya işığından məhrumiyyətdə keçib: şəkər xəstəliyi səbəbindən gözləri tutulub. O, sevilən romanını – “Ölən dünyam”ı yoldaşının köməyi ilə yazıya köçürüb: İsmayıl Şıxlı nəql edib, həyat yoldaşı isə onun söylədiklərini bircə – bircə qələmə alıb. Əsər ərsəyə gəldikdən sonra yazıçı ömür – gün yoldaşından əsəri onun üçün oxumasını xahiş edib. Romanı sonuna qədər dinlədikdən sonra deyib: “… indi rahat ölə bilərəm”.
Anar Tağıyev,
tədqiqatçı