Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 Mart 2026 / 23:15

İsrail: Biz İranın Dəniz Sənayesi Təşkilatını və silah istehsalı müəssisələrini hədəf aldıq

İsrail ordusu Dəniz Sənayesi Təşkilatı və silah istehsalı müəssisələri də daxil olmaqla, İranın paytaxtı Tehranı hədəf alan hücum dalğasını başa vurduğunu açıqlayıb.

Tezadlar.az xəbər verir ki, İsrail ordusunun açıqlamasında Tehranın hərbi imkanlarını zəiflətməyə yönəlmiş hücumların davam etdiyi iddia edilib.

Tehrandakı Dəniz Sənayesi və silah istehsalı müəssisələrini hədəf alan hücum dalğasının başa çatdığını elan edən açıqlamada hücum dalğasının gecə saatlarında 50 qırıcı təyyarə ilə həyata keçirildiyi bildirilib.

Məlumatda qeyd olunur ki, İran Dəniz Sənayesi gəmilərin, sualtı qayıqların, pilotlu və pilotsuz avadanlıqların, eləcə də mühərriklərin və silahların tədqiqi, inkişafı və istehsalından məsuldur.

Məlumatda hücumun İranın dəniz silahları istehsal etmək qabiliyyətini zəiflətdiyi və hədəfə alınan silah istehsalı müəssisələrinin müxtəlif silah sistemlərinin və hava hücumundan müdafiə sistemlərinin istehsalı və inkişafından məsul olduğu iddia edilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!