Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 İyun 2025 / 15:53

İsrail bütün dünyada diplomatik nümayəndəliklərinin işini dayandırır

İsrailin Moskvadakı səfirliyi Qüdsün İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra İsrailin dünya üzrə diplomatik nümayəndəliklərinin işini dayandırdığını elan edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl bütün İsrail səfirliklərinin maksimum hazırlıq vəziyyətinə gətirildiyi bildirilirdi.

 Ev sahibi olan ölkələrdən təhlükəsizlik qüvvələrini mümkün nümayişlər və etirazlarla bağlı narahatlıqlar səbəbindən diplomatik missiyalarda təhlükəsizlik tədbirlərini artırmaq xahiş edilmişdi.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail, məqsədi İranın nüvə və raket proqramlarına zərər vurmaq olan Am Kelavi (Aslan kimi millət) əməliyyatına başladığını elan etdi.

Bunun ardınca yəhudi dövlətinin ordusu Tehran və Nətənz də daxil olmaqla İslam Respublikasının bir neçə yaşayış məntəqəsinə hücumlar təşkil edib. Hədəflər arasında hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və hətta yaşayış kompleksləri var idi.

İsrailin müdafiə naziri İsrael Katz İrana hücumdan sonra fövqəladə vəziyyət elan edib. Ölkənin hər yerində hava hücumu sirenləri səslənir.

Çox təəssüf ki, Yaxın Şərqdə İsrail və Fələstin müharibəsinin trayektoriyası genişlənir və bəlkə də daha dəhşətli müharibənin bünövrəsi qoyulur…

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!