9 Sentyabr 2025 / 08:15

İsrail HHQ-si Suriyadakı hərbi obyektləri, həmçinin kazarmanı bombalayıb

Sentyabrın 8-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Suriyanın Latakiya liman şəhərinin şimalında yerləşən hərbi obyektlərə hücum ediblər.

Tezadlar.az-ın məlumatına görə, bu barədə “Al Ikhbariya” televiziya kanalı xəbər verib.

Məlumata əsasən, zərbələrdən biri Suriya ordusunun Skubeyn kəndindəki kazarma binasına dəyib. Şahidlər ərazidə Latakiyada eşidilən bir neçə güclü partlayışın olduğunu bildiriblər.

Hava hücumu həmçinin Suriya səhrasındakı Palmira yaxınlığındakı təlim düşərgəsinə və silah-sursat anbarlarına endirilib. Hücum yerindən qara tüstü sütunları səmaya qalxıb.

 

trend

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!