Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəbər verdiyimiz kimi, İsrail Knesseti (parlament) terrorçular üçün ölüm cəzası tətbiq edən qanun layihəsini təsdiqləyib.
Tezadlar.az xəbər verir ki, bu barədə milli təhlükəsizlik naziri İtamar Ben-Qvir jurnalistlərə bildirib.
Məlumata görə, qanun layihəsi 120 yerlik parlamentin 62 üzvünün qəti üçüncü oxunuşunda dəstəyini qazanıb. İsrailin Baş naziri Binyamin Netanyahu və digərləri lehinə səs verib. Parlamentin 48 üzvü ölüm cəzasının əleyhinə səs verib.
“Tarix yazılıb! Biz söz verdik – biz onu yerinə yetirdik. Terrorçular üçün ölüm cəzası tətbiq edən qanun İsrail Dövlətinin qanun kitabına əlavə edilib”, – Ben-Qvir təntənəli şəkildə bəyan edib.
Nazir qanun layihəsinin təsdiqlənmiş versiyasına görə, ölüm cəzası asılmaqla həyata keçiriləcək, – deyə nazir aydınlaşdırıb. O, əlavə edib ki, qanun təkcə Fələstin döyüşçülərinə deyil, həm də oxşar cinayətlər törətdikləri təqdirdə İsrail vətəndaşlarına şamil ediləcək.
Əvvəllər ABŞ prezidenti Donald Trampın Vaşinqtonda ölüm cəzasının tətbiqinə icazə verən bir sərəncam imzaladığı bildirilirdi.
Ekspertlərin fikrincə, bu, ölüm hökmünün tətbiqinə icazə verilən ştatların sayını 27-yə çatdırır.
Rəsmi statistikaya görə, 2024-cü ildə ABŞ-da 25, 2025-ci ildə isə 47 nəfər edam edilib. Bunların hamısı kişilər idi; bu tədbir qadınlara qarşı tətbiq edilməyib.
E.ŞİRİNOV