Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 Mart 2026 / 12:05

İsrail İranın dənizdən atılan kruiz raketlərinin istehsal müəssisələrinə zərbələr endirdiyini iddia edir

İsrail ordusu İranın paytaxtı Tehranda dənizdən atılan kruiz raketlərinin iki əsas istehsal mərkəzini hədəf aldığını iddia edib.

Tezadlar.az xəbər verir ki, İsrail ordusunun sözçüsü Aviçay Adraee ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında dərc etdiyi yazılı açıqlamada “İran Müdafiə Nazirliyinin komandanlığı altında fəaliyyət göstərən kruiz raketlərinin istehsal müəssisələrinin” hədəf alındığı iddia edilib.

Bəyanatda Tehranda dənizdən atılan kruiz raketlərinin istehsal olunduğu iki əsas mərkəzə zərbə endirildiyi və bu müəssisələrin dəniz və quru hədəflərini sürətlə məhv etməyə qadir olan uzun mənzilli dənizdən atılan kruiz raketlərinin hazırlanması və istehsalı üçün istifadə edildiyi iddia edilib.

Bəyanatda həmçinin hücumun kruiz raket sistemlərinə geniş ziyan vurduğu iddia edilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!