Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail Xarici İşlər Nazirliyi isveçli hüquq müdafiəçisi Qreta Tunberqin vəziyyəti ilə bağlı məlumat yayıb. İsrail qüvvələri daha əvvəl onun olduğu Sumud humanitar donanmasının qarşısını kəsmişdi.
Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, Tunberq və donanmanın digər üzvləri sağlam və təhlükəsizdirlər. Onlar həmçinin əlavə ediblər ki, dayandırılmış gəmilərdən olan sərnişinlər İsrail limanına köçürülüb.
“Qreta və onun dostları sağlam və təhlükəsizdir”, – İsrail Xarici İşlər Nazirliyi bildirib.
Xatırladaq ki, 40-dan çox gəmidən ibarət olan Sumud donanması sentyabrın ortalarında Qəzza zolağına yola düşüb. Onlardan biri Tunberqin olduğu gəmi idi. İsrail hakimiyyəti gəmiləri bölgəyə buraxmayacaqlarını dəfələrlə bildirməsinə baxmayaraq, donanmanın məqsədi Qəzzanın blokadasını yarmaq və onun əhalisinə humanitar yardım çatdırmaq idi. İsrail həmçinin humanitar yardımı İsrailin və ya hər hansı başqa ölkənin limanına boşaltmağı, sonra isə təyinat yerinə çatdırmağı təklif edib. Bu təkliflər rədd edilib.
E.ŞİRİNOV