Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 Aprel 2026 / 07:51

İsrail Livana raket zərbələri endirdi: ən azı 250 insan ölüb!

…Livan dünəndən qan çanağına dönüb. Belə ki, ABŞ və İran arasında atəşkəs əldə edilsə də, İsrail bu atəşkəsin Livana aid olmadığını bildirmişdi. Ötən gecə İsrailin hücumları nəticəsində Livanda ən azı 254 nəfər həlak olub,  mindən çox insan yaralanıb. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, Livanın Mülki Müdafiə İdarəsi belə dəhşətli məlumat yayıb.

Xatırladırıq ki, İsrail qeyd edildiyi kimi, Livanda həyata keçirdiyi genişmiqyaslı hava zərbələri nəticəsində çoxsaylı həlak olanlar var. Ölkənin Müdafiə Nazirliyi bildirib ki, bu zərbələr ölkənin müxtəlif bölgələrini, o cümlədən paytaxt Beyrutu əhatə edib və bu, münaqişə başlayandan bəri “Hizbullah”a qarşı ən geniş hücum dalğası olub. Maraqlıdır ki, ABŞ bu hücumların və raket zərbələrinin qarşısını almaq üçün heç bir cəhd etmir.

Əməliyyatlar isə davam edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!