Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail ordusu Livanın cənubunu iki yerə bölən Litani çayının ən vacib keçid nöqtəsi olan Qasimiyyə körpüsünü bombalayıb.
Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusu Livanın infrastrukturunu hədəfə alır və onun Hizbullah tərəfindən istifadə edildiyini iddia edir.
Ölkənin cənubu və şimalı arasında mühüm keçid nöqtəsi olan və Tir şəhərini cənubi Livandakı Sidonla birləşdirən Qasimiyə körpüsü İsrail döyüş təyyarələri tərəfindən bombalanıb.
Hücumdan sonra körpünün Litani çayı üzərindəki hissəsi dağıdılıb.
İsrailin müdafiə naziri Yisrael Katz əvvəllər Baş nazir Benyamin Netanyahunun İsrail ordusuna cənubi Livandakı Litani çayı üzərindəki körpüləri bombalamağı əmr etdiyini açıqlamışdı.
İsrail ordusunun sözçüsü Aviçay Adraee də bu yaxınlarda ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında paylaşım edərək cənubi Livana hücumların başladığını elan edib.
E.ŞİRİNOV