1 Aprel 2026 / 07:02

İsrail Livanın paytaxtı Beyruta hücum etdi

İsrail ordusu Livanın paytaxtı Beyrutun Dahiye rayonuna 3 hücum təşkil edib.

Tezadlar.az xəbər verir ki, İsrail ordusu Dahiyenin Cinah bölgəsini hədəfə alıb.

Hücumlar nəticəsində Beyrutun ətrafında üç güclü partlayış səsi eşidilib.

Hədəf ərazisindəki nəqliyyat vasitələri alovlanıb.

Livanın xəbər agentliyi NNA-nın məlumatına görə, hücum İsrail hərbi gəmiləri tərəfindən həyata keçirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!