22 Avqust 2025 / 13:42

İsrail onun ölkəyə girişinə niyə icazə vermədi?

İsrailin Əhali və Miqrasiya İdarəsi Barselona meri Jaume Kolboninin avqustun 22-də axşam gəlməsi planlaşdırılan ölkəyə girişinə icazə vermədi.

Tezadlar.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

“İmtina İsrailə giriş haqqında qanuna uyğun olaraq həyata keçirilir və Xarici İşlər Nazirliyi və Milli Təhlükəsizlik Şurası ilə razılaşdırılır”, – İsrail Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Bildirilir ki, imtina Kolboninin İsrailin Qəzza zolağındakı hərəkətləri ilə bağlı bir sıra tənqidi açıqlamaları ilə bağlıdır. Bunun həlledici amili Barselona Şəhər Şurasının yəhudi dövləti ilə “əlaqələri kəsmək” haqqında qərarı olub.

Sözügedən şəhərin meri səfəri zamanı Yad Vaşem abidə kompleksini və Fələstin Milli Administrasiyasını ziyarət etməyi planlaşdırıb.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu hərbi komandanlığın Qəzza şəhəri üzərində nəzarətin yaradılmasını və HƏMAS-ın son məğlubiyyətini nəzərdə tutan planlarını təsdiqləyib. Qeyd olunur ki, o, Təl-Əvivin müharibəni ölkə üçün məqbul şərtlərlə bitirmək əzmini də təsdiqləyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!