Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail ordusu ABŞ-ın İranla iki həftəlik atəşkəs razılaşmasından sonra siyasi hakimiyyətin təlimatlarına uyğun olaraq İrana qarşı hərbi əməliyyatlarını dayandırdığını elan edib.
Tezadlar.az xəbər verir ki, rəsmi açıqlamada atəşkəs razılaşmasının qüvvəyə mindiyi bildirilib.
İranla atəşkəs razılaşmasına baxmayaraq, İsrail ordusu Livan cəbhəsindəki strategiyasını dəyişməyib.
Ordu rəsmiləri Livanın cənubunda “Hizbullah” elementlərinə qarşı quru əməliyyatlarının və toqquşmaların eyni qətiyyətlə davam etdiyini bildiriblər.
Qeyd edilib ki, bölgədə hərbi fəaliyyət “Hizbullah”a qarşı hədəflərə uyğun olaraq davam edir.
E.ŞİRİNOV