Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail avqustun 29-da saat 11:00-dan (Bakı vaxtı ilə) Qəzza zolağını təhlükəli döyüş zonası elan edir və anklavda taktiki atəşkəs rejimini ləğv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Telegram-da məlumat yayıb.
“Bu gün səhər saat 11:00-dan etibarən yerli taktiki atəşkəs təhlükəli döyüş bölgəsi olan Qəzza şəhəri ərazisinə şamil edilməyəcək”, – bildirilib.
Bundan əvvəl Misir Qəzzaya göndəriləcək fələstinli əsgər və zabitləri hazırlamağa başlayıb. Belə bir demarşla Qahirə Qəzzanın özünüidarəsinə və Fələstin Muxtariyyətinə qarşı olan İsrail komandanlığına qarşı çıxacaq.
E.ŞİRİNOV