Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Oktyabr 2025 / 07:39

İsrail Qəzzada öldürülən daha iki girovun qalıqlarını qəbul edib

İsrail hərbçiləri Beynəlxalq Qızıl Xaç Komitəsindən anklavda öldürülən girovların qalıqlarının olduğu daha iki tabut alıb.

Tezadlar.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.

Açıqlamaya görə, hərbçilər yaxın vaxtlarda onları İsrailə daşıyacaq və orada məhkəmə-tibb ekspertləri qalıqları müəyyən edəcəklər. Hələlik ölənlərin adları açıqlanmır.

Bundan qısa müddət sonra İsrail ordusunun mətbuat xidməti qalıqların artıq ölkəyə daşındığını açıqlayıb.

Oktyabrın 13-də səhər saatlarında HƏMAS və müttəfiqləri Qəzza sülh razılaşmasına uyğun olaraq anklavda iki ildən sonra qalan 20 israilli girovu azad ediblər. Həmin axşam oğurlanmış vəfat etmiş şəxslərin qalıqlarının olduğu ilk dörd tabut Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə İsrail tərəfinə təhvil verilib. İsrail hakimiyyəti dərhal qalıqların qaytarılmasının birinci mərhələsində HƏMAS-ın 28 cəsəddən yalnız dördünü geri qaytarmalarından narazılığını bildirib. İsrailin müdafiə naziri İsrael Katz bunu razılaşmadan kənara çıxma adlandırıb və HƏMAS-ın daha da gecikdirmələrinin nəticələrinin olacağı barədə xəbərdarlıq edib.

Oktyabrın 14-də daha dörd tabut İsrailə təhvil verilib. Ümumilikdə, İsrail tərəfi iki gün ərzində içərisində qalıqlar olan 10 tabut alıb. Məhkəmə ekspertləri ölən israilli girovlardan 7-nin şəxsiyyətini müəyyənləşdirib, adları açıqlanıb və cəsədlər dəfn olunmaq üçün ailələrinə təhvil verilib.

Bu arada İsrail ordusunun mətbuat xidməti çərşənbə günü bildirib ki, İsraildəki Milli Məhkəmə Tibb İnstitutunun əməkdaşları ötən gün Qəzza zolağından alınan cəsədlərdən birinin şəxsiyyətini müəyyənləşdirə bilməyiblər. HƏMAS cəsədinin keçən may ayında Qəzza zolağının şimalındakı Cəbəliyə qaçqın düşərgəsində döyüşlər zamanı radikallar tərəfindən qaçırıldığı iddia edilən əsgərə aid olduğunu iddia edir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!