Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail ordusu işğal altındakı Qərb Şəriyəsinin müxtəlif ərazilərində keçirilən basqınlar zamanı 2-si uşaq olmaqla 7 fələstinlini saxlayıb və yaşlı bir fələstinlini döyüb.
Tezadlar.az xəbər verir ki, Fələstinli Məhbusların Media Ofisinin yazılı açıqlamasına görə, İsrail ordusu Qərb Şəriyəsinin cənubundakı Beytləhmin cənub-şərqində yerləşən Taku şəhərinə basqın edib.
İsrail qüvvələri evlərinə basqın etdikdən sonra dörd fələstinlini saxlayıb.
Qərb Şəriyəsinin cənubundakı Hebronun şimalında yerləşən Beyt Əmr şəhərində İsrail əsgərləri təxminən 16 yaşlarında iki fələstinli uşağı saxlayıb və yaşlı bir fələstinliyə ailəsinin gözü qarşısında hücum ediblər.
İsrail əsgərləri həmçinin Ramallahın şimal-qərbindəki Deyr Nizam kəndində ailəsinin evinə basqın edib axtarış apardıqdan sonra gənc bir fələstinlini saxlayıblar.
Fələstin torpaqlarını ələ keçirən İsrail qüvvələri səhər saatlarında Qərb Şəriyəsinin Nablus və Salfit şəhərlərinə hücumlar təşkil edərək altı fələstinlini yaralayıblar. Nablusda israillilər kənd şurasının binasını və dörd nəqliyyat vasitəsini yandırıblar.
E.ŞİRİNOV