Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin İsrailin İordan çayının qərb sahilinin böyük hissəsini ilhaq etmək planlarını mövcud Fələstin dövlətinin yaradılması üçün ölüm hökmü adlandırıb.
“Qəzza zolağında, İsrailin hərbi əməliyyatı nəticəsində gözümüzün qabağında sözün əsl mənasında kütləvi, süni qıtlıq baş verib: ehtiyacı olanlar yemək üçün növbəyə durarkən güllələnir, 50 min uşaq artıq ölüb, daha 10 min azyaşlı isə kəskin qida çatışmazlığından əziyyət çəkir. İsrail rəsmilərinin İordan çayının qərb sahilinin böyük hissəsini ilhaq etmək və E1 zolağının inkişaf etdirilməsi ilə bağlı elan etdiyi planların həyata keçirilməsi, bu dəfə paytaxtı Şərqi Qüds olan, ərazi baxımından bitişik, yaşaya bilən Fələstin Dövlətinin yaradılmasına qədər növbəti ölüm hökmü demək olardı”, – Tezadlar.az xəbər verir ki, o, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yaxın Şərq sülh prosesi üzrə yüksək səviyyəli beynəlxalq konfransda çıxış edərkən deyib.
Verşinin əlavə edib ki, fələstinlilər bu gün nəinki qeyri-insani əzablara məruz qalırlar, həm də “ləyaqətdən və daha yaxşı gələcəyə ümiddən məhrumdurlar”.
E.ŞİRİNOV