Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki , İsrailin zərbələri müharibə elanıdır. Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, bu barədə İranın xarici işlər naziri BMT-yə göndərdiyi məktubda qeyd edib. Bundan əlavə, bəyanatda deyilir ki, Abbas Əraqçi BMT Təhlükəsizlik Şurasını dərhal bu məsələyə baxmağa çağırıb. İran Prezidenti Məsud Pezeşkian da ilk dəfə İsrailin zərbələrinə reaksiya verib.
O, sosial media hesabında yazıb: “Hücum baş verən kimi prezident və hökumət komandası vəziyyətə yerində nəzarət olunmasını öz üzərinə götürüb və bununla bağlı hökumət şurasının təcili iclası keçirilib. Tezliklə xalqa müraciət edəcəyəm. Allahın köməyi ilə sionist rejim bu gün etdiyi əməllərdən peşman olacaq”. Xatırladaq ki, İsrail İrandakı nüvə və hərbi obyektlərə zərbələr endirib. İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, İsrailin İrana endirdiyi zərbələr nəticəsində İran Ordusunun Baş Qərargah rəisi, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı və İranın Fövqəladə Hallar Komandanlığının komandiri həlak olub. Bundan əlavə, İran İsrailin hava zərbələri nəticəsində nüvə məsələləri ilə məşğul olan ən azı altı alimin həlak olduğunu təsdiqləyib.
İsrailin hava hücumlarına cavab olaraq İran İsrail ərazisinə 100-ə yaxın pilotsuz uçan aparat atıb, lakin İsrail tərəfi sözügedən aparatların zərərləşdirldiyini bildirib.
Müharibə təhlükəsi isə realdır. Tramp bildirib ki, İran razılığa gəlməlidir!
A.Məmmədli