Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Suriya prezidenti Əhməd əş-Şaraa gələcəkdə də cihadçı olaraq qalacaq.
Tezadlar.az xəbər verir ki, İsrailin şimal və cənubunun bərpası üzrə maliyyə naziri Zeev Elkin buna diqqət çəkib.
“Dünənki cihadçı, dəbli kostyum və qalstuk taxsa belə, böyük ehtimalla bu gün cihadçıdır”, – o vurğulayıb.
Bundan əlavə, nazirin sözlərinə görə, Suriya liderinin ətrafını da xatırlamaq lazımdır ki, onlar əsasən radikal fikirlərə malikdirlər. Məhz, onlar əş-Şaraanı hakimiyyətə gətirdilər və ondan fərqli olaraq, öz mövqelərini dəyişməyə çalışmırlar, – deyə Zeev Elkin yekunlaşdırıb.
Bundan əvvəl keçmiş israilli diplomat Rada Mantsur Suriyanın yeni hakimiyyət orqanları ilə razılaşmanın mümkünlüyünü dəyərləndirib. Onun fikrincə, bu, yalnız Suriyanın güclənməsinə gətirib çıxarır ki, bu da İsrail üçün təhlükə yaradacaq.
E.ŞİRİNOV