Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün İstanbulda İsrail Konsulluğu yaxınlığında atışma baş verib… İsrail Xarici İşlər Nazirliyi İstanbulda İsrail Konsulluğuna hücumu qınayır. Tezadlar.az CNN-Türk-ə istinadla xəbər verir ki, bu barədə İsrail XİN bəyanat yayıb. “Biz bu gün İstanbulda İsrail Konsulluğuna hücumu şiddətlə qınayırıq. Türkiyə təhlükəsizlik qüvvələrinin hücumun qarşısının alınması üçün operativ tədbirlərini yüksək qiymətləndiririk. İsrailin dünyadakı diplomatik missiyaları saysız-hesabsız hədələrə və terror hücumlarına məruz qalıb. Terror bizi qorxutmayacaq”.
Qeyd: bu gün İstanbulda İsrail Konsulluğu yaxınlığında atışma baş verib, iki polis əməkdaşı yaralanıb, hücum edən silahlılardan biri ölüb, ikisi ələ keçirilib. Onların İran mənşəli olduqları söylənilir.