Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsveçrədə həkimlər Qəzzada müharibənin dayandırılmasını tələb etmək üçün parlament binası qarşısında aclıq aksiyasına başlayıblar. Tezadlar.az CNN-Türk-ə istinadla xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Həkimlər rəsmi Berni İsrailə qarşı daha tənqidi mövqe tutmağa çağırırlar. Bildirilir ki, İsveçrə İsrailin bəzi hərəkətlərini, o cümlədən keçən ay xəstəxanaya hücumu pisləyib, lakin daha sərt addımlar atmaqdan çəkinib. İsveçrə Xarici İşlər Nazirliyinin sözçüsü Nikolas Bidault İsveçrənin Qəzzada humanitar vəziyyətdən “dərin narahat olduğunu” bildirib.
Bölgədə isə müharibə davam edir.