24 Sentyabr 2025 / 11:46

İtkin düşən iki yaşlı uşaq dərədə yatmış vəziyyətdə tapılıb

Dağıstanda itkin düşən iki yaşlı uşaq üç gündən sonra sağ tapılıb

Dağıstanda itmiş iki yaşlı uşaq sağ tapılıb. Uşaq bir neçə gün əvvəl meşələr, dərələr və çaylarla əhatə olunmuş fermadan sakitcə uzaqlaşıb.

Tezadlar.az xarici KİV-ə istinadən xəbər verir ki, uşağın axtarışında qlobal vəziyyət halı alıb, yaxınlıqdakı kəndlərdən və qonşu rayonlardan könüllülər və sakinlər köməyə gəliblər.

İtlə axtarışa çıxanlar, termal görüntü kamerası olan dron operatoru da cəlb edilib. Məhz drondan uşaq evindən təxminən bir kilometr aralıda dərədə dinc yatarkən görünüb. Oğlan yorğun və çox ac imiş. O, artıq müayinə olunmaq üçün həkimlərə təhvil verilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!