9 İyul 2025 / 19:15

İyulun 10-da dağlıq rayonlarda leysan və dolu gözlənilir

İyulun 10-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir.

Bu barədə Tezadlar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!