29 Avqust 2025 / 21:37

Jay-Z-nin sərvəti 2,6 milyard dollara çatdı

“Forbes” jurnalı dünyanın ən zəngin sənətçisinin adını açıqlayıb.

“Tezadlar” xəbər verir ki, onun Jay-Z (əsl adı Şon Karter) olduğu məlum olub.

Karterin sərvəti 2,6 milyard dollar olaraq qiymətləndirilir.

Nəşr qeyd edib ki, 2019-cu ildə hip-hopun ilk milyarderi olduqdan sonra Jay-Z gəlirli içki biznesi sayəsində sərvətini iki dəfədən çox artırıb. 2021-ci ildə spirt nəhəngi LVMH, Armand de Brignac şampan evinin 50%-ni alıb.

Onun digər aktivlərinə Jan-Mişel Baskiyanın əsərləri, “Blockchain” və “Uber”dəki paylar daxil olmaqla sənət kolleksiyası daxildir.

Qeyd edək ki, Ş. Karter 2022-ci ildə musiqi üzrə “Emmi” mükafatını qazanıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!