27 Aprel 2023 / 04:05

JURNALİSTLƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİYİ İLƏ BAĞLI AĞACƏKMƏ AKSİYASINA QOŞULUR

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Medianın İnkişafı Agentliyi, Audiovizual Şuranın və eləcə də Mətbuat Şurasının birgə təşkilatçılığı ilə
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə 27 aprel 2023-cü il tarixində Müşfiqabad qəsəbəsində media nümayəndələri ilə ağacəkmə aksiyası keçiriləcək.
Aksiyada “Təzadlar”ın iki əməkdaşı da iştirak edəcək.  
Xatırladaq ki, belə aksiyalar və təşəbbüslər hər il  Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı keçirilir. 
Ekologiyamızı qorumaq və ətraf mühitimizi yaşıllaşdırmaq özümüzü və gələcəyimizi, dünyamızı qorumaqdır!
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!