Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 İyun 2025 / 23:01

Jurnalist Asif Mərzili Rusiya İstintaq Komitəsinin sədrinin şəxsi bloquna məktub göndərdi

“Təzadlar” qəzetinin baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili Rusiya Federasiyasının Yekaterinburq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının azərbaycanlılara qarşı törətdiyi qanunsuz əməlləri barədə Rusiya Federasiyası İstintaq Komitəsinin sədri, ədliyyə generalı Bastrıkin Aleksandr İvanoviçin Komitənin saytındakı şəxsi bloquna müraciət- müraciət yazıb. Göndərilən və qeydə alınan məktubda deyilir: “Здравствуйте, уважаемый генерал Бастрыкин Александр Иванович! Мы познакомились с Вами в Баку на международной конференции Вашего друга профессора Ильхама Рагимова. Я Асиф Марзили, журналист, руководитель сайта tezadlar.az, член Европейской федерации прессы. 28 июня 2025 года сотрудники ФСБ России без постановления суда ворвались в дома азербайджанцев в Екатеринбурге и провели обыск в связи с уголовным делом, которое произошло 21 год назад, 5 человек погибли под стражей, а 10 подверглись жестоким пыткам. Прошу Вас взять расследование этого дела под личный контроль.
С уважением, Асиф Марзили”.

(Salam, hörmətli cənab General Bastrıkin Aleksandr İvanoviç! Sizinlə Bakıda dostunuz Professor İlham Rəhimovun beynəlxalq konfransında görüşmüşük. Mən Asif Mərzili, jurnalistəm, tezadlar.az saytının rəhbəriyəm, Avropa Mətbuat Federasiyasının üzvüyəm. 28 iyun 2025- ci il tarixdə Rusiya FSB əməkdaşları Yekaterinburqda məhkəmə qərarı olmadan Azərbaycanlıların evlərinə hücum çəkərək 21 il əvvəl baş vermiş bir cinayət işi ilə bağlı axtarış aparıblar, 5 nəfər saxlanma yerində ölüb, 10 nəfərə ağır işgəncə verilib. xahiş edirəm, bu işin istintaqını şəxsi nəzarətinizə götürəsiniz.

Hörmətlə: Asif Mərzili”).

Redaksiyanın elektron poçtuna cavab göndərilməsi bildirilib və inanaq ki, qane edən cavab daxil olacaq.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!