22 Yanvar 2026 / 12:14

Jurnalistlərə Dövlət Dumasının plenar iclaslarında foto çəkmək qadağan edilib

21 yanvar tarixindən etibarən iclasların ənənəvi olaraq çəkildiyi balkona yalnız videooperatorların buraxılacağı, foto çəkilişlərin isə qadağan edildiyi bildirilib. Məhdudiyyətlərin müddəti dəqiqləşdirilməyib.

Tezadlar.az  xəbər verir ki, “Vedomosti” bu barədə mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, bu cür məhdudiyyətlər ideyası bir sıra jurnalistlərin yeni il tətilindən sonrakı ilk iclasında şəkil çəkməsindən və bəzi deputatların şəkillərdəki görüntülərindən narazı qalmasından sonra yaranıb.

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin daha əvvəl “nəyisə pis tərəfdən gözdən keçirməyə, izləməyə və göstərməyə” çalışan fotojurnalistlərin işindən narazılığını bildirib.

“Özünüz müxtəlif situasiyalar düşdüyünüzdə fikir verin ki, biz heç vaxt sizə istehza etmirik, incitmirik və sadə dildə desək, lağa qoymuruq. Balkondan şəkil çəkəndə isə bəzi anları tutmağa çalışırsız, bəlkə də həmin anlar sizin həyatınızda da  mövcuddur”, – deyə o bildirib.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!