Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Qarabağ”ın yarımmüdafiəçisi Kadinin növbəti mövsümə harada başlayacağı bəlli olub.
Tezadlar.az – ın əldə etdiyi məlumata görə, Polşa, Kipr və Portuqaliya klublarının transfer siyahısında olan 29 yaşlı braziliyalı iş yerini dəyişməkdə maraqlı deyil.
Ağır zədə səbəbindən cari “futbol ili”ndə müəyyən müddət komandasına kömək edə bilməyən orta xətt oyunçusu məhz Qurban Qurbanovun rəhbərliyi altında oynamaq, yenidən əvvəlki səviyyəsinə qayıtmaq istəyir.
Kadinin “Qarabağ”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Bu mövsüm “köhlənlər”in forması ilə bütün turnirlərdə 28 matça çıxan cənubi amerikalı 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.