6 Oktyabr 2025 / 16:44

Kaladze Norveç Xarici İşlər Nazirliyinin bəyanatını ikiüzlü standart adlandırdı

Tbilisi meri Kaxa Kaladze Norveç Xarici İşlər Nazirliyinin seçkilərlə bağlı yayımladığı bəyanatı “adi ikiüzlü standart” kimi qiymətləndirib. O bildirib ki, “onlar üçün mümkün olan, bizə olmaz” yanaşması qəbul edilə bilməz. Tezadlar.az xəbər verir ki, Kaladze həmçinin vurğulayıb ki, heç bir ölkə Gürcüstanda inqilabların və ekstremist təşkilatların maliyyələşdirilməsinə imkan verməməlidir. “Necə ola bilər ki, onlar burada inqilablar təşkil edir, pul gətirir, ekstremist qrupları dəstəkləyir, və dövlət buna qarşı heç bir addım atmır? Bu, qəbuledilməzdir”, – deyə o əlavə edib. Qeyd edək ki, Norveç Xarici İşlər Nazirliyi sosial platforma X-də yayımladığı bəyanatda Gürcüstandakı seçkilər barədə narahatlıq ifadə edib. Nazirlik ATƏT/ODİHR-in yerli seçkiləri izləyə bilmədiyini, tövsiyələrin nəzərə alınmadığını, zorakılıq hallarının qeydə alındığını və müxalifətin liderlərinin həbsinin seçkilərə inamı azaltdığını bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!