Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 Aprel 2026 / 23:15

Kamil Cəbrayılovla bağlı yayılan iddialar araşdırıldı

Sosial şəbəkədə Kamil Cəbrayılovun övladlarından birini “pay verməsi” ilə bağlı yayılan məlumatlar polis tərəfindən araşdırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.

Açıqlamada qeyd olunub ki, polis aidiyyəti dövlət qurumları ilə birgə K.Cəbrayılovla profilaktik söhbətlər aparıb və sosial şəbəkə seqmentində bu məzmunda həqiqətə uyğun olmayan fikirlərin səsləndirilməsinin səbəb olacağı nəticələr ona izah edilib.

————-

Xəbər verdiyimiz kimi, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 uşağı dəm qazından zəhərlənib. Aprelin 3-də onlardan biri ölüb. Ata Kamil Cəbrayılovun 2 yaşlı uşağının meyitini qucağına alıb TikTok-da canlı yayıma çıxması və övladını dəfn etməyə pulunun olmadığını deməsi müzakirələrə səbəb olub. İctimaiyyətdə onun belə həssas məqamda bu addımı atması tənqid edilib və TikTok-dan pul qazanmaq cəhdi kimi qiymətləndirilib. Həmçinin ailənin çoxuşaqlı olması səbəbindən müavinət alıb-almaması müzakirə edilib.

Tezadlar.az xəbər verir ki, Globalinfo.az məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna (DSMF) sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, hazırda ailə hər uşağa görə 140 manat olmaqla ödəniş alır:

“Cəbrayılova Afət Sərdar qızına (Kamil Cəbrayılovun həyat yoldaşı – red.) Dövlət Sosial Müdafiə Fondu tərəfindən 08.04.2022-ci il tarixindən beşdən çox uşağı olan qadınlara görə müavinət təyin edilib”.

Buna əsasən, 9 uşağın olduğu Cəbrayılovlar ailəsi təxminən 1260 manat məbləğində müavinət alırmış.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!