Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan paragüllə atıcısı Kamran Zeynalov Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
“Təzadlar” xəbər verir ki, idmançı 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada (P1) 235.6 xalla birinci olub.
Qeyd edək ki, paralimpiyaçımız daha əvvəl qitə çempionatında qarışıq komanda üzrə 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada (P6) Aybəniz Babayeva ilə birlikdə və 50 metr məsafəyə tapançadan atəşaçmada (P4) 221.6 xalla gümüş medala yiyələnib.