31 İyul 2025 / 08:29

Kanada BMT Baş Assambleyasında Fələstini tanıyacaq

Kanada hökuməti 2025-ci ilin sentyabrında BMT Baş Assambleyasının sessiyası zamanı Fələstin dövlətçiliyini tanıyacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə baş nazir Mark Karninin bəyanatında deyilir.

“Fələstinin mülki əhalisinin getdikcə daha şiddətli əzab çəkməsi sülh, təhlükəsizlik və bütün insan həyatının ləyaqətini dəstəkləmək üçün koordinasiya edilmiş beynəlxalq fəaliyyəti təxirə salmaq üçün heç bir əsas qoymur. İki dövlət həllini qorumaq, sülhü zorakılıq və terrorizmdən üstün tutan bütün insanları dəstəkləmək və onların İsrail və Fələstin dövlətlərinin dinc yanaşı yaşaması üçün fitri istəklərinə hörmət etmək deməkdir.”, – hökumət başçısı bildirib.

“Bu səbəblərə görə Kanada 2025-ci ilin sentyabrında BMT Baş Assambleyasının 80-ci sessiyasında Fələstin Dövlətini tanımaq niyyətindədir”, – o deyib.

İyulun 29-da Böyük Britaniyanın Baş naziri Keir Starmerin ofisi bəyanat yayaraq bildirib ki, əgər İsrail Qəzzaya humanitar yardım göstərməyə və hərbi əməliyyatlar keçirməyə davam edərsə, Böyük Britaniya sentyabrda keçiriləcək BMT Baş Assambleyası ərəfəsində Fələstin dövlətini tanıyacaq. İyulun 24-də Fransa prezidenti Emmanuel Makron bildirib ki, Paris sentyabrda BMT Baş Assambleyasında Fələstin Dövlətini tanıyacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!