18 Sentyabr 2025 / 06:57

Kanada ölkədəki ukraynalılar üçün tələb irəli sürüb

Kanada ölkədəki ukraynalılardan hərbi xidmətdən azad olduqlarını sübut edən sənədləri tələb etməyə başlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukraynanın Kanada Facebook qrupu məlumat yayıb.

Kanadada daimi yaşamaq üçün müraciət edən ukraynalı kişilər İmmiqrasiya Nazirliyindən “xoşbəxtlik məktubları” alırlar və onlardan hərbi xidmətdən azad olduqlarını və müharibə zamanı hərbi xidmətə çağırılmadıqlarını təsdiq edən rəsmi sənədləri yeddi gün ərzində təqdim etmələrini xahiş edirlər.

Bundan əvvəl Polşa Seymi işsiz ukraynalılar üçün sosial müavinətləri ləğv edən qanun qəbul edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!