Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 Fevral 2025 / 16:45

Kanada Rusiyanın aktivlərindən istifadə edərək Ukraynaya 3,52 milyard dollar köçürəcək

Kanada yaxın vaxtlarda Rusiyanın dondurulmuş aktivlərindən, eləcə də hərbi texnikadan əldə etdiyi mənfəətdən Ukraynaya 5 milyard Kanada dolları (3,52 milyard dollar) köçürəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdo Kiyevə səfəri zamanı bildirib.

“Biz Ukrayna qoşunlarının Almaniyada təlim keçdiyi 25 LAV II İFV, 2 döyüş dəstəyi zirehli texnikası, F-16 qırıcıları üçün eniş sistemi, 4 F-16 uçuş simulyatoru, həmçinin milyonlarla döyüş sursatı, hərbi texnika və ilk yardım dəstlərini təhvil verəcəyik”, – o, Vladimir Zelenskinin ofisi tərəfindən yayımlanan Kiyevdə görüş zamanı deyib.

“Kanada, həmçinin Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına maliyyələşdirilən 5 milyard dollarlıq yardımın ilk tranşını Ukraynaya köçürəcək”, – Trüdo davam edib. – “Biz həmçinin enerji təhlükəsizliyini dəstəkləmək üçün qrant ayıracağıq”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın daha əvvəl xəbərdar edib ki, Moskva Qərbdəki mümkün aktivlərinin müsadirə edilməsinə dərhal cavab addımları atacaq.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!