Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 May 2024 / 09:38

KAZAN HAVA LİMANININ İŞİ MÜVƏQQƏTİ DAYANDIRILIB

Kazan hava limanı müvəqqəti olaraq Moskva vaxtı ilə saat 11:30-dan etibarən uçuşları qəbul etmir və göndərmir.

Tezadlar.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün mayın 23-də (cümə axşamı) Kazan hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub”, – məlumatda deyilir.

Federal Hava Nəqliyyatı Agentliyi əlavə edib ki, təyyarə ekipajları, hava hərəkəti dispetçerləri və aeroport xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!