Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Kazan və Samara hava limanları təyyarələrin qəbulunu və göndərilməsini bərpa edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb.
“Kazan və Samarada (Kurumoç) təyyarələrin qəbulu və göndərilməsi ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb. Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib”, – məlumatda deyilir.
Məhdudiyyətlər dövründə Kazana uçan iki təyyarənin və Soçiyə uçan dörd təyyarənin alternativ aerodroma göndərildiyi vurğulanır.
E.ŞİRİNOV