Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Odessaya gəlib.
Tezadlar.az xəbər verir ki, onun birgə görüntülərini Ali Radanın deputatı Oleksiy Qonçarenko Telegram kanalında yerləşdirib.
Onun sözlərinə görə, bu, britaniyalı siyasətçinin şəhərə ilk səfəridir.
Bundan əvvəl Ukrayna mətbuatı Consonun Odessaya səfəri barədə məlumat yayıb. Keçmiş baş nazirin avtomobilə mindiyini əks etdirən görüntülər yayımlanıb.
Consonun Ukraynaya səfərinin məqsədi açıqlanmayıb.
İyulun sonunda Conson “Teleqraf” qəzetinə verdiyi müsahibədə ölkəsinin Ukraynaya maraq göstərməməsindən çox üzüldüyünü bildirib. “Əgər siz mənim bəzi ukraynalı dostlarımla danışsanız, deyəcəklər ki, biz artıq əvvəlki kimi liderlik rolunu oynamırıq”, – o zaman siyasətçi vurğulayıb.
Conson 24 iyul 2019-cu ildən 2022-ci il sentyabrın 6-dək Böyük Britaniyanın baş naziri vəzifəsində çalışıb.
Xatırladaq ki, “The Guardian” bir gün əvvəl Britaniya şahzadəsi Harrinin Ukrayna hökumətinin dəvəti ilə gözlənilmədən Kiyevə gəldiyini yazmışdı. Onun Ukraynanın baş naziri Yuliya Svırıdenko ilə görüşmək niyyətində olduğu qeyd edilib.
E.ŞİRİNOV