Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Kim Konq-hi korrupsiyada təqsirli bilinib
Cənubi Koreya məhkəməsi keçmiş birinci xanım Kim Konq-hiyə korrupsiya ittihamları ilə 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verib.
Tezadlar.az bildirir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.
“Məhkəmə keçmiş birinci xanım Kim Konq-hiyə 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verib”, – məlumatda deyilir:
Kim Konq-hi 2022-ci ildən 2025-ci ilə qədər vəzifə yerinə yetirmiş və çevriliş cəhdi ilə yadda qalan keçmiş Cənubi Koreya prezidenti Yun Sok-yulun həyat yoldaşıdır.
Jurnalistlər ilk dəfə Kim Konq-hiyə əri Cənubi Koreya prezidenti seçilməzdən əvvəl, 2019-cu ildə korrupsiyada ittiham ediblər. 2022-ci ildə o, prezident seçkilərinə müdaxilə etməkdə ittiham olunub.
Yun Sok-yulun impiçmentindən sonra təkcə keçmiş Cənubi Koreya prezidentinə deyil, həm də həyat yoldaşına qarşı istintaq başlanıb.
Bundan əvvəl, 16 yanvarda Yun Sok-yul həbsə mane olduğuna görə beş il müddətinə azadlıqdan məhrum edilmişdi.
E.ŞİRİNOV