21 Avqust 2025 / 20:59

Keçmiş müdafiə nazirinin müavininin məhkəməsi təxirə salındı

Məhkəmə keçmiş müdafiə nazirinin müavini Timur İvanovun harada olması barədə məlumat verilmədiyi üçün onun iflas işi üzrə məhkəməni təxirə salıb.

Tezadlar.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

Agentliyin məlumatına görə, İvanovun vəkili Denis Baluev bildirib ki, onun müvəkkili Moskvanın “Lefortovo” SİZO-2-də saxlanılır. Lakin hakim təcridxanadan bu məlumatın təsdiqini gözləmək qərarına gəlib. İndi işə oktyabrda baxılacaq.

PSB İvanovu müflis elan etməyi xahiş edib. Keçmiş məmur “bir ildən artıqdır ki, həbsdədir, bütün əmlakına həbs qoyulub” deyə ev almaq üçün götürdüyü kreditə xidmət göstərə bilmir.

İyulun 1-də Moskva Şəhər Məhkəməsi keçmiş müdafiə nazirinin müavinini 13 il müddətinə azadlıqdan məhrum edib.

İvanov ötən ilin yazında külli miqdarda rüşvət almaq ittihamı ilə həbs edilib və onun məbləği 1,185 milyard rubl təşkil edib. O, 2016-cı ildə “İnterkommerts Bank”dan oğurluqda iştirakda və Kerç keçidi üçün iki bərə alınması zamanı mənimsəmədə ittiham olunurdu.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!