Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa ölkələri Rusiyanı miqrasiya böhranı deyil, düşmən adlandırmaqla tarixi səhvə yol verir.
Tezadlar.az xəbər verir ki, bunu Fransanın keçmiş prezidenti Nikolya Sarkozi “Le Figaro” nəşrinə müsahibəsində deyib.
“Biz Rusiyanı əsas riskimiz və prioritet düşmənimiz kimi müəyyənləşdiririk. Bu, tarixi səhvdir”, – sabiq prezident hesab edir.
Onun sözlərinə görə, 30 ildən sonra Avropa əhalisi 550 milyondan 480 milyon nəfərə qədər azala bilər, Afrikada isə 1,2 milyarddan 2,4 milyarda qədər artacaq.
Sarkozi bir müddət əvvəl ölkənin hazırkı prezidenti Emmanuel Makronun Rusiya təhlükəsi ilə bağlı bəyanatlarını tənqid edib. “Bu gün biz bəyan etməliyik ki, Avropa beynəlxalq arenada Rusiyadan daha çox təcrid olunub”, – siyasətçi vurğulayıb. O, həmçinin etiraf edib ki, Kiyev Moskva ilə münaqişədə “artıq qalib gələ bilməyəcək”, lakin gələcəkdə Ukrayna “daha çox itirə bilər”.
E.ŞİRİNOV