Kefir südün təbii şəkildə fermentləşdirilməsi ilə alınan canlı probiotik içkidir. Tərkibində süd zülalı, kalsium, B qrupu vitaminləri, faydalı bakteriyalar və maya mədəniyyətləri var. Bu maddələr bağırsaq mikroflorasını gücləndirir, həzmi asanlaşdırır və immuniteti dəstəkləyir. Mütəmadi istifadə zamanı orqanizmdə vitaminlərin mənimsənilməsini artırır və zərərli mikrobların çoxalmasının qarşısını alır.
Amma kefiri həddindən artıq içmək mədədə qaz və köp yarada bilər. Laktaza çatışmazlığı və ya mədə turşuluğu yüksək olan şəxslər üçün az miqdarda və yeməkdən sonra içilməsi daha uyğundur.
Yekun olaraq, kefir tərkibinə görə xeyirli və orqanizm üçün faydalı məhsuldur. Ölçülü şəkildə istifadə edildikdə sağlam həzm sistemi və güclü immunitet üçün yaxşı seçim sayılır.
P.İbrahimov