11 Aprel 2023 / 15:22

KİTABXANALARA İŞƏ QƏBUL ÜZRƏ MÜSABİQƏNİN MÜSAHİBƏ MƏRHƏLƏSİ ELAN OLUNUB

Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin müsahibə mərhələsinə mayın 15-də start veriləcək.

Bu barədə Tezadlar.az-a Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 141 namizəd müsabiqənin müsahibə mərhələsində iştirak edəcək.

Müsahibə proqramına əsasən, hər bir namizədin iddia etdiyi vəzifə üzrə peşə hazırlığı və bilik səviyyəsi yoxlanılacaq.

Namizədlərlə müsahibələrin keçirilmə qrafiki Mədəniyyət Nazirliyinin rəsmi saytında yerləşdiriləcək.

R.Nağıyeva

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!