Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

KXDR lideri Kim Çen In Pekində keçiriləcək Qələbə Paradına qatılacaq.
Tezadlar.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Ötən həftə Yaponiya hökuməti diplomatik kanallar vasitəsilə Asiya və Avropa ölkələrini İkinci Dünya Müharibəsində qələbənin 80 illiyi şərəfinə sentyabrın 3-də Çində keçiriləcək anım tədbirlərində və hərbi paradda iştirak etməməyə çağırıb. Mənbələr bildiriblər ki, Yaponiya xaricdəki səfirlikləri vasitəsilə digər ölkələri də məlumatlandırıb ki, ÇXR-də keçirilən anım tədbirlərinin yapon əleyhinə çalarları var və bu tədbirlərdə iştiraka diqqətlə yanaşmaq lazımdır.
E.ŞİRİNOV