Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 İyul 2025 / 11:25

“”Kim qaldı, o da aldı” kampaniyası silsiləsindəndir” – tanınmışlar qadınların pensiya yaşının artırılmasını məsxərəyə qoydular

Məlum olduğu kimi, ötən gündən qadınların pensiya yaşı daha 6 ay artırılaraq  64 yaşdan 64 yaş 6 aya qaldırılıb.

Məsələ ictimaiyyət arasında da tənqidlərə tuş gəlib.

TEZADLAR.AZ   xəbər verir ki, məlum xəbərə  tanınmış simalar reaksiya veriblər. Onlar “show_news” instaqram səhifəsində paylaşılan xəbərə şərh yazaraq, məsxərəyə qoyublar.

Şair Nazilə Səfərli “Düz edirlər, 45-i keçən üzgərmə edir, çıxır TikTok-a. Onlar da görür ki, bu hələ özü qazana bilər. Qalanlar da onların oduna yandı” sözlərini yazıb.

Aparıcı Zemfira Adıgözəlova “Adamlar 50 yaşdan o tərəfə işə düzələ bilmir. Heç yerdə işə götürmürlər. 15 il gözləməlidir ki, pensiya alacaq” – yazaraq xəbərə belə reaksiya verib.

Müğənni Günel Ələkbərova isə “Əla… 80 yaşında versinlər, “kim qaldı o da aldı” kampaniyasından silsilələr. Allaha pənah. Əslində bu gözəl təşəbbüs insanların uzunömürlü olması üçündür. Bəlkə pensiya puluna görə dirənib ölməzlər”, – deyə şərhində yazıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!