Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Vladimir Zelenski Kiyevin Rusiyaya qarşı 19-cu sanksiya paketi hazırladığını açıqladı.
Tezadlar.az xəbər verir ki, “RİA Novosti” bu barədə Zelenskinin sosial media hesablarına istinadən məlumat yayıb.
Zelenskinin sözlərinə görə, yeni sanksiyalar media sektoruna, eləcə də Rusiya hərbi istehsalına təsir edəcək. O, həmçinin yeni sanksiya paketinin Avropa İttifaqından Ukraynanın yurisdiksiyasına “sinxronlaşdırılacağını” açıqlayıb.
“Biz, xüsusən də Rusiya hərbi istehsal sektorundakı hədəflərə qarşı yeni sanksiyalar hazırlayırıq. Tezliklə fərmanlar veriləcək. Həmçinin, 19-cu Aİ sanksiya paketini Ukraynanın yurisdiksiyasına sinxronlaşdıracağıq”, – deyə o bildirib.
E.ŞİRİNOV