31 İyul 2025 / 09:10

Kiyev sakinləri Rusiyanın “yeni səs”li raketlərindən belə qorxublar

Ötən gecə Rusiya Silahlı Qüvvələrinin Ukrayna Silahlı Qüvvələrinin Ukrayna paytaxtında obyektlərinə endirdiyi zərbələr zamanı Kiyev sakinləri Rusiya raketlərindən “yeni səs” eşidiblər.

Tezadlar.az xəbər verir ki, bu barədə “Military Review” məlumat yayıb.

Daha əvvəl bildirilmişdi ki, rus qoşunları Kiyevə, xüsusən də “Patriot” hava hücumundan müdafiə sisteminin yerləşdirilməsi zonasının yerləşdiyi Julyanı hava limanına və şəhərin özündəki hədəflərə irimiqyaslı zərbələr endirib.

“VO”nun məlumatına görə, Julyanıya azı iki qanadlı raket və ən azı 20 Geran PUA-sı gəlib. Zərbələr həmçinin uzaq mənzilli pilotsuz təyyarələr istehsal edən 410-cu təyyarə zavoduna da dəyib.

Kiyev sakinləri internetdə baş verənləri fəal şəkildə şərh etməyə, müşahidələrini və qorxularını bölüşməyə başlayıblar. Belə ki, bəziləri qanadlı raketləri paytaxta “icazə verən” Ukrayna hava hücumundan müdafiə sisteminin zəifliyinə diqqət çəkib. Digərləri isə zərbələrin vurulması çətin olan “İsgəndər” raketləri ilə edildiyini izah ediblər.

“Səhərə doğru raketlər yeni səslə uçdu. Həmişəki kimi deyil. Sanki hipersəslərə bənzəyən bir şey”, – istifadəçilərdən biri qeyd edib.

Digər Kiyev sakinləri bu müşahidə ilə razılaşaraq, raketlərin “qeyri-adi uçduğunu” göstəriblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!