21 İyul 2025 / 08:15

Kiyevdə Azərbaycan səfirliyinin ətrafı raket atəşinə məruz qalıb

Ötən gecə Ukraynanın, paytaxt Kiyev də başda olmaqla bir sıra vilayətləri Rusiya ordusu tərəfindən kütləvi hava hücumlarına məruz qalıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Kiyevin mərkəzi Şevçenko, Salomonsk, Qolosevskiy, Darnitsa və digər rayonlarında ciddi dağıntılar var. Kiyevdə raket zərbəsi Azərbaycan səfirliyinin binasının ətrafında olan tikililərə endirilib. Ölənlər və yaralananlar var. Tələfatların və hücumların konkret miqyası ilə bağlı hələ ki, rəsmi açıqlama yoxdur.

Ukrayna Müfdafiə Nazirliyi isə bunun onqat cavaı olacağını bildirib. Sitat: “Putin bu gecə hazır olsun…”

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!