Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstan Azərbaycanla münasibətləri inkişaf etdirməlidir.
“Təzadlar” xatırladır ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Kopenhagendə azərbaycanlı jurnalistlərə bildirib. “Biz qonşularımızla, o cümlədən Azərbaycanla çox yaxşı münasibətlərimizin olmasından məmnunuq. Biz bunu qoruyub saxlamalı və inkişaf etdirməliyik. Strateji tərəfdaşlıq və gözəl münasibətlər son dərəcə vacibdir”, – o qeyd edib.
Baş nazirin sözlərinə görə, Kopenhagendəki görüş çərçivəsində həmkarları ilə də çox yaxşı danışıqlar aparıb. “Biz bölgəmizdə sülhün təşviqi üçün əlimizdən gələn hər şeyi edəcəyik. Biz Cənubi Qafqaz regionundakı missiyamızı məhz belə görürük”, – İ.Kobaxidze vurğulayıb.